Bakıda narkoşəbəkə üzvü saxlanılıb VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində paytaxt sakini 45 yaşlı Sadir Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ondan 3 kiloqrama yaxın heroin, tiryək, marixuana və 359 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
A.Əliyev paytaxt ərazisində narkotiklərin satışını təşkil edən narkoşəbəkənin əsas üzvlərindən biri olub. O, ifşa edilməməsi üçün mütəmadi olaraq yaşayış ünvanlarını və əlaqə nömrələrini dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. S.Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Şamaxıda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib
David Seliverstov: Albert Aqarunovun ruhu şaddır, çünki Azərbaycan artıq bütövdür