Tarixçi alim: Nəriman Nərimanovun nakam arzuları - “Bitməmiş məktub”un sirrində öz əksini tapıb
Bakı, 18 mart, AZƏRTAC
Nəriman Nərimanov ömrünün mühüm hissəsinin qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdən keçib, milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənəvi imkanlarının ən son həddinədək müdafiə edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova Nəriman Nərimanovun xatirə muzeyində bu gün keçirilən “Bitməmiş məktub və nakam ömür” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun vəfatından, eləcə də yeganə övladı Nəcəfə ünvanladığı “Bitməmiş məktub”u yazmasından bir əsr ötür: “Nəriman Nərimanovun fəaliyyəti və ideyaları Azərbaycan xalqının maariflənməsi, sosial rifahının yaxşılaşdırılması və milli özünüdərk prosesinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edib. O, dövrünün mürəkkəb siyasi reallıqları fonunda daim milli maraqları ön planda tutaraq xalqının rifahı naminə mübarizə aparıb. N.Nərimanov təkcə siyasi lider kimi deyil, həm də maarifçi və publisist kimi Azərbaycan ictimai fikrinin inkişafında mühüm rol oynayıb. Onun əsərləri və siyasi fəaliyyəti, xüsusilə “Bitməmiş məktub”u dövrün tarixi həqiqətlərini əks etdirən mühüm mənbələrdəndir”.
F.Əhmədova qeyd edib ki, “Bitməmiş məktub” yalnız atasının oğluna ünvanlanmış şəxsi bir yazı deyil, həm də dövrün siyasi mənzərəsini və N.Nərimanovun öz idealına olan sadiqliyini əks etdirən bir sənəddir: “Məktubda onun şəxsi həyatındakı çətinliklər, siyasi təzyiqlər və xalqı üçün çəkdiyi əzablar açıq şəkildə öz əksini tapır. Görkəmli dövlət xadiminin ideyaları və mübariz ruhu bu gün də aktuallığını qoruyub saxlayır”.
Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üzrə müsabiqənin qalibləri mükafatlandırılıb
Ankara Universitetinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib
"Azərbaycan muğamı" layihəsi çərçivəsində “Çahargah" muğamı təqdim olunub
Bakıda yazıçı Eluca Atalının yaradıcılıq gecəsi təşkil olunub