“Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində növbəti təqdimat
Bakı, 18 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə “Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində “Qoğal”ın nağılı təqdim edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi uşaq və yeniyetmələrin təfəkkür dairəsini genişləndirməklə onların dünya görüşünü, düşüncə tərzini, təxəyyülünü zənginləşdirmək, ədəbiyyata, teatra qarşı maraq yaratmaqdır. Layihə nağılların gələcək nəsillərə ötürülməsi, dilimizin inkişafı və qorunmasına xidmət edir.
İdeya, mövzu cəhətdən sadə süjet xətti üzərində qurulan nağılda müxtəlif xarakterlər obrazlı şəkildə çatdırılıb. Təqdimat Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilən tamaşa əsasında hazırlanıb.
“Nağılların audiovizual təqdimatı” layihəsi çərçivəsində bir çox qədim və müasir nağılların təqdimatı nəzərdə tutulub.
Xatırladaq ki, layihənin ilk nümunəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması, ikincisi isə Azərbaycan xalq nağılı “Məlikməmməd” olub.
Post-prodakşn müsabiqəsinin qalibləri məlum olub
“Doğma torpaq” filminin premyerası olub – Qarabağda çəkilən ilk bədii ekran əsəri
Xanəndə Eynulla Cəbrayılovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib
Bakıda türkiyəli rəssamın sərgisi açılıb
Qazi Universitetində Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunan açıq dərs keçirilib