MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib
Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Müdafiə Nazirliyində dövlət qurumları və QHT nümayəndələri ilə görüş keçirilib
Müdafiə Nazirliyi: Qazaxıstanlı nümayəndə heyəti Komando və XTQ hərbi hissələrində olublar