Yaponiya, Çin və Cənubi Koreya XİN rəhbərləri doğumun azalmasını müzakirə edəcək
Pekin, 16 mart, AZƏRTAC
Martın 22-də Tokioda Yaponiya, Çin və Cənubi Koreya xarici işlər nazirlərinin görüşü olacaq.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, İvaya Takeşi (Yaponiya), Van İ (Çin) və Ço Te Yol (Cənubi Koreya) iqtisadi əməkdaşlıq, xalqlar arasında təmas məsələləri ilə yanaşı, doğum səviyyəsinin azalması da daxil olmaqla hər 3 ölkəni narahat edən demoqrafik problemlərlə mübarizə məsələsini də müzakirə edəcəklər. Görüşdə il ərzində 3 ölkənin liderinin görüşünün təşkili məsələsi də gündəmdə olacaq. Bu, 2019-cu ildə Pekindəki toplantından sonra 3 ölkənin xarici işlər nazirinin ilk görüşü olacaq.
Diplomatik mənbənin məlumatına əsasən, nazirlərin üçtərəfli görüşü ilə yanaşı, Yaponiya və Çin xarici siyasət idarələri rəhbərlərinin görüşü, habelə iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli iqtisadi dialoqun təşkili üçün də hazırlıq görülür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib
ABŞ-da miqrantın qaçmasına kömək edən hakim həbs olunub
Ukrayna və Avropanın “sülh planı”nın detalları açıqlanıb
Tramp: Rusiya və Ukrayna arasında Sülh Sazişi üzərində iş axıcı şəkildə gedir
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib