"Euronews" Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb VİDEO
Bakı, 15 mart, AZƏRTAC
“Euronews” Azərbaycanın sənaye zonaları barədə video yayımlayıb.
AZƏRTAC xəbər verir ki, videoda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin qeyri-neft sektorunun inkişafı və ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edilib. Bildirilir ki, sənaye zonalarında yaradılan müasir infrastruktur və tətbiq edilən vergi güzəştləri yerli və xarici investorları cəlb edərək, yeni iş yerlərinin yaradılmasına və ixrac potensialının artırılmasına töhfə verir.
“Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib
Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək
Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb
® “Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşıb