×
A
A
A
Sazlamalar

Qubada bayram yarmarkası açılıb

Quba, 15 mart, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunda Novruz yarmarkası açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər edir ki, Quba şəhərinin mərkəzi meydanında təşkil olunan yarmarkada ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətdən 15-20 faiz ucuz təklif olunur.
İki gün davam edəcək yarmarkada fermerlər və rayondakı istehsal müəssisələri tərəfindən alıcılara müxtəlif çeşiddə məhsullar təqdim edilir.
Bayram ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.



Regionlar 2025-03-15 14:37:00