BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi: Bakı Forumu qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim edir
Bakı, 15 mart, AZƏRTAC
XII Qlobal Bakı Forumunda son üç gündə aparılan müzakirələr təkcə əsas məsələləri əhatə etməklə kifayətlənməyib, həm də çoxtərəflilik, sülh və təhlükəsizlik, ekoloji və humanitar böhranlar, ədalət və bərabərlik, eləcə də gənclərin gücü kimi mövzularda qarşılıqlı anlaşma və aydınlıq üçün dialoqu təşviq edib. Nüfuzlu və ilhamverici spikerlərin rəhbərliyi ilə keçirilən bu müzakirələr Qlobal Bakı Forumunu həqiqətən də unikallaşdırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Malayziyanın Kuala-Lumpur şəhərindəki Sunway Universitetində yerləşən Asiya Baş Qərargahında BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) nümayəndəsi Amirah Macid deyib.
O bildirib ki, şəbəkələşmə sessiyaları zamanı iştirakçıların müzakirə olunan məsələlərlə bağlı şəxsi təcrübələrini dinləmək, eləcə də üzləşdiyimiz real problemlərin mümkün həll yolları haqqında fikir mübadiləsi aparmaq həqiqətən də təsirli olub.
Bu beynəlxalq tədbirdə ilk dəfə iştirak etdiyini söyləyən Amirah Macid aparılan müzakirələrin qlobal problemlərin həlli üçün yeni perspektivlər təqdim etdiyinə görə Qlobal Bakı Forumunun güclü və cəlbedici platforma kimi qəbul olunduğunu vurğulayıb.
MDB PA-nın iclasında Azərbaycan xalqının faşizm üzərində Qələbədə rolundan danışılıb
Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib