Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub
Astana, 15 mart, AZƏRTAC
Qazaxıstanın Kokşetau şəhərində Malik Qabdullin adına Mülki Müdafiə Akademiyasında “Mülki müdafiənin tarixi aspektləri, aktual problemləri və inkişaf perspektivləri” mövzusunda XIII Beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransın plenar iclasında Qazaxıstanın aparıcı universitetlərinin, Azərbaycan, Rusiya və Belarusun ixtisaslaşmış təhsil müəssisələrinin alimləri, doktorantları, adyunkt və magistrantları iştirak ediblər.
Akademiyanın rəisi polkovnik Jumabek Xasenov konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, artıq 13 ildir beynəlxalq konfrans formatında illik görüşlər mülki müdafiə sahəsində problemli məsələlər üzrə alimlər və praktikantlar arasında ənənəvi ünsiyyət platformasına çevrilib.
Müzakirələrdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, Qazaxıstanın mülki müdafiə sistemi üçün ixtisaslı kadrların hazırlanması məsələlərinə mühüm yer ayrılıb.
Konfransın sonunda onun praktiki əhəmiyyəti vurğulanıb, universitetlər arasında elmi tədqiqatların inkişafı və mülki müdafiə sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üzrə perspektiv planlar müəyyən edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Milli Qəhrəman Albert Aqarunovun anım gününə həsr olunmuş tədbir keçirilib
David Seliverstov: Albert Aqarunovun ruhu şaddır, çünki Azərbaycan artıq bütövdür