×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 noyabr tarixli 421 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 iyul tarixli 164 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 noyabr tarixli 421 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1357 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin;
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci bənddən “(uqodiyası)” sözü çıxarılsın;
2.2. 2-ci hissə üzrə:
2.2.1. 2.1-ci bənd üzrə:
2.2.1.1. birinci abzasdan “(uqodiyasına)” sözü çıxarılsın;
2.2.1.2. ikinci abzasdan “(uqodiyası)” sözü çıxarılsın;
2.3. 2.2.2-ci yarımbənddən, 2.3-cü və 2.6-cı bəndlərdən “(uqodiyasına)” sözü çıxarılsın;
2.4. 2.7-ci bənddən “(uqodiyasına)” və “(uqodiyalarının)” sözləri çıxarılsın;
2.5. 3-cü hissə üzrə:
2.5.1. adından, 3.2-ci, 3.3-cü (hər iki halda) bəndlərdən ismin müvafiq hallarında “(uqodiyaları)” sözü çıxarılsın;
2.5.2. 3.1-ci bənddə “, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların)” sözləri “və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin” sözləri ilə əvəz edilsin;
2.6. 4-cü hissənin adından, 4.1-ci bənddən, 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərdən “(uqodiyasına)” sözü çıxarılsın;
2.7. 5-ci hissənin adından və 5.1-ci bənddən “(uqodiyasına)” sözü çıxarılsın.

3. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

 


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 5 ” “ mart ” 2025-ci il

№ 60

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 2005-ci il 15 dekabr tarixli 230 nömrəli və “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 42 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 oktyabr tarixli 319 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2025-03-06 17:28:00