Əbu-Dabidə ərəb biznesmenləri və investorları – Mərkəzi Asiya və Azərbaycan formatında 1-ci konfrans keçiriləcək
Qahirə, 18 fevral, AZƏRTAC
Fevralın 26-dan 27-dək BƏƏ-nin paytaxtı Əbu-Dabidə ərəb biznesmenləri və investorları – Mərkəzi Asiya və Azərbaycan formatında 1-ci konfrans keçiriləcək.
AZƏRTAC Ərəb Palataları Birliyinin saytına istinadla xəbər verir ki, Ərəb Ölkələri Liqası, BƏƏ-nin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə baş tutacaq konfransda bir sıra iştirakçı ölkələrin iqtisadiyyatla bağlı nazirləri, ərəb təşkilatlarının rəhbərləri və digər nümayəndə heyətləri iştirak edəcəklər.
Tədbirin ilkin proqramına görə, konfrans çərçivəsində dəyirmi masaların və görüşlərin təşkil olunacağı gözlənilir.
Saytın məlumatına görə, konfrans Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında qəbul edilən Doha Bəyannaməsindən irəli gələrək, Ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığını möhkəmləndirmək, eləcə də özəl sektor müəssisələri və biznesmenlər arasında ciddi və səmərəli əməkdaşlıq imkanlarını üzə çıxarmaq məqsədi güdür.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb
Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib
Azərbaycanın investisiya mühiti Türkiyədə tanıdılır