AQTA: Saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır
Bakı, 18 fevral, AZƏRTAC
Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib. Yayılan məlumatlarda bildirilir ki, Ankara şəhərində saxta spirtli içkidən həyatını itirənlərin sayı 59, müalicəsini davam etdirənlərin sayı isə 37 nəfərə çatıb. Baş verən hadisələrə əsas səbəb kimi sənayedə istifadə olunan və ölkədə daha ucuz və əlçatan hesab edilən metanoldan istifadə etməklə hazırlanan saxta spirtli içkilərin istehlakı göstərilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycana Türkiyədən, eləcə də digər xarici ölkələrdən idxal edilən spirtli içkilər risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur, saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi uyğun olduğu təqdirdə həmin məhsulların idxalına icazə verilir.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Türkiyədən ümumilikdə 645 min 120 litr (23 min 700 litri rakı, 620 min 890 litri pivə, 530 litri şərab), 2025-ci il yanvarın 1-dən fevralın 17-dək 46 min 300 litr (5 min 150 litri rakı, 41 min 150 litri pivə) spirtli içki idxal olunub və həmin məhsullar təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə müvafiq müayinələrə cəlb edilib, istehlak üçün uyğun olduğu öz təsdiqini tapdıqdan sonra satış şəbəkələrinə çıxarılması üçün müvafiq icazələr verilib.
Agentlik bildirib ki, bu sahədə nəzarət və tənzimləmə tədbirləri davam etdirilir.
Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib
Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək
Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir