Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Bakı, 18 fevral, AZƏRTAC
Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi yarışda Rəsul Əhmədzadə, Nikita Simonov, İvan Tixonov, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcəklər.
Onlar turnirə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi ilə yollanacaqlar.
Dünya Kuboku fevralın 20-23-də təşkil olunacaq.
Azərbaycanın U-17 millisi bu gün Malta ilə qarşılaşacaq
Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb
AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər
“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır