Əlillərin hazırladığı məhsullardan ibarət yarmarka təşkil edilib
Bakı, 18 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri əmək yarmarkasında iştirak ediblər.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri və hazırda burada peşə öyrənən, ümumilikdə 20-dən çox gənc əmək yarmarkasında iştirak edən 30-a yaxın şirkətlə görüşmək imkanı əldə edib.
Yarmarkanın satış-sərgi hissəsində isə əlilliyi olan gənclərin dörd istiqamət üzrə (vitraj boya, təbii daşlarla hazırlanmış bəzək əşyaları, bədii oyma və toxunma suvenirlər) 200-dən çox əl işi sərgilənib.
“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək
Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir
XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib