Regionlarda ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici tədbirlər davam edir
Bakı, 18 fevral, AZƏRTAC
Regionlarda yaşayan əhalinin ekoloji məsuliyyət hissinin artırılması, təbiətin qorunması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, xüsusən də gənc nəsildə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, növbəti görüşlər zamanı mütəxəssislər tərəfindən Beyləqan rayonu N.Quliyev adına Örənqala qəsəbə və Ə.Əsgərov adına Yuxarı Kəbirli kənd tam orta məktəblərin, Cəlilabad rayonu Ocaqlı kənd Camaləddin Əliyev adına 2 nömrəli tam orta məktəbin, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbin, Tərtər rayonu A.Həsənov adına Buruc kənd tam orta məktəbin, Sumqayıt şəhəri 9 saylı tam orta məktəbin, Bərdə rayonu E.Əsədov adına Türkmən kənd və T.İsmayılov adına 1 nömrəli tam orta məktəblərin şagirdlərinə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması və s. sahələrdə ətraflı məlumatlar verilib, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.
Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək
Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir
XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib