Azərbaycan Universitetində tələbələrin istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi başlayıb
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Universitetində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan tələbələrin istehsalat, magistratura səviyyəsi üzrə II kurs tələbələrinin isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinə start verilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 387 tələbə istehsalat təcrübəsinə, 58 magistrant isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə başlayıb.
Tələbə və magistrantlar təcrübəni Azərbaycan Dövlət Turizm Agentliyi, SOCAR, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Bülbülün Memorial Muzeyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu, Ədliyyə Nazirliyinin Probasiya xidməti kimi dövlət və özəl müəssisələrdə keçəcəklər.
Təcrübələrin başlanması münasibətilə keçirilən iclaslarda tələbələrə prosesin mahiyyəti və təşkili, o cümlədən sənədləşmə ilə bağlı məlumat verilib, suallar cavablandırılıb.
İstehsalat təcrübəsi iyunun 25-də başa çatacaq. Elmi-pedaqoji təcrübə fevralın 17-dən martın 14-dək, elmi-tədqiqat təcrübəsi isə martın 17-dən aprelin 11-dək keçiriləcək.
Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur
Azərbaycan Dillər Universitetində Çinin “Çunfen” bayramı qeyd olunub
Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə