ABŞ nümayəndə heyəti Ukrayna barədə sualları cavablandırmayıb
Bakı, 18 fevral, AZƏRTAC
ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlardan əvvəl Ukraynanın görüşdə iştirak etməməsi ilə bağlı sualları cavablandırmayıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların nümayəndə heyəti Vaşinqtonun Moskvanı hansı güzəştlərə sövq edə biləcəyi ilə bağlı suallara da cavab verməkdən yayınıb.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb. Moskvanı danışıqlarda xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Vaşinqtonu isə milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts, Dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edirlər.
Görüşdə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamaq məsələsinin də müzakirə olunacağı gözlənilir.
Tədqiqat: Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb
ABŞ Cənubi Koreya mallarına 25 faizlik idxal rüsumu tətbiq edəcək
Ən ağıllı insanlara malik olan 10 Afrika ölkəsi
Təkrarlanan narahat düşüncələr və davranışların səbəbi bağırsaqdan da qaynaqlana bilər - ARAŞDIRMA