Nəsimi rayonunda hərbi sursat aşkarlanıb
Bakı, 18 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar Xidmətin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Ukraynanın Poltava şəhərində Novruz bayramı qeyd edilib
Xırdalanda restoranda baş vermiş yanğın söndürülüb
Bəzi marşrutların hərəkətində tam məhdudiyyət tətbiq olunacaq
Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb
Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib