“ACWA Power”: Azərbaycanın neft və qazda əldə etdiyi uğurları yaşıl enerji sahəsinə daşıyacağıq
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycanın liderlik etdiyi yaşıl dəhlizlə bağlı müəyyən planlarımız var. Azərbaycanın neft və qazda əldə etdiyi uğurları yaşıl enerji sahəsinə daşıyacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bu layihə çərçivəsində Özbəkistan və Qazaxıstandan Azərbaycana, eyni zamanda, Azərbaycandan Avropaya uzanan dəhliz planlaşdırılır.
“Təbii ki, Naxçıvan üzərindən Türkiyəyə də çəkiləcək dəhliz planlaşdırılır. Bu layihədəki dəhlizlər regiondakı zəngin yaşıl enerjini Avropa və digər tələb olunan bazarlara ixracı nəzərdə tutur. Burada qarşıya qoyulan yaşıl hədəflərə ən qısa zamanda nail olunması üçün dəstək göstərməyə çalışırıq”, - deyə o vurğulayıb.
Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib
Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib
Martın 19-20-də paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb
ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb