×
A
A
A
Sazlamalar

Viktor Orban suverenliyin birinci dərəcəli əhəmiyyətini vurğulayıb

Budapeşt, 18 fevral, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban ölkənin milli suverenliyinin toxunulmazlığını və kənar müdaxilənin yolverilməzliyini bir daha vurğulayıb. O, hər hansı bir ölkənin daxili işlərinə qarışmaq cəhdlərini regional sabitliyin pozulması təhlükəsi kimi qiymətləndirib.
Macarıstan hökumətinin başçısı özünün sosial şəbəkədəki səhifəsində yazıb: “Biz, macarlar həmişə regionda sabitliyi pozmaq cəhdlərinə qarşı çıxacağıq. Regionda baş verənlərə və onların xüsusən də ölkəmizi, Serbiya, Slovakiya və digərlərini necə qızışdırmağa çalışdıqlarını yaxşı görürük”.
Viktor Orban xəbərdarlıq edib: “Əgər taleyüklü qərarları burada yaşayan insanlar, onların seçdiyi hökumətlər deyil, kənardan diktə etməyi sevənlər qəbul edərsə, burada həmişə problemlər olacaq. Ona görə də suverenliyimizi müdafiə etməliyik!”.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2025-02-18 14:50:00