Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib
Bakı, 18 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində təşkil olunan peşə hazırlığı kursları davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən artıq 400 müdavim tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kursları başa vurub və onlar işğaldan azad olunan ərazilərə köçürüləcək.
Nəzəri və praktik hissələrdən ibarət olmaqla ikinövbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə verilən tikiş fabrikində işlə təminatı həyata keçirilir.
Hazırda daha 29 nəfərin “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə tədrisi davam etdirilir və yaxın günlərdə daha bir qrup şəxs üçün peşə kursuna başlanılması nəzərdə tutulur.
Xırdalanada yaşayış binasında yanğın baş verib
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO
Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO