×
A
A
A
Sazlamalar

Balakəndə Zəfər Gününə həsr edilən minifutbol turnirinin qalibləri müəyyənləşib

Balakən, 18 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Olimpiya İdman Kompleksində ötən il noyabrın əvvəlində başlanan və Zəfər Gününə həsr edilən bələdiyyə və təşkilat komandaları arasında minifutbol üzrə rayon turnirinə yekun vurulub. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektorunun və Balakən Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 14 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib. Dairəvi sistem üzrə keçirilən turnirin final oyununda Kortala və Qullar bələdiyyələrinin komandaları qarşılaşıblar. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Kortala” komandası turnirin qalibi adını qazanıb. Qabaqçöl kəndinin komandası turniri üçüncü pillədə başa vurub.
Turnirin qalibləri kubok, medal və diplomlarla mükafatlandırılıblar.

Regionlar 2025-02-18 14:45:00