Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi və vitse-prezidentləri seçilib
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
AZƏRTAC xəbər verir ki, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.
Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatındakı fəaliyyətlərində uğurlar arzulayıb.
Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik
Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik
Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb