Gəncədə "Cerebry" layihəsi çərçivəsində təlimlərə start verilib
Gəncə, 18 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Cerebry" layihəsinə cəlb edilmiş məktəblərin fənn müəllimlərinin iştirakı ilə təlimlərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər peşəkar "Cerebry" təlimçiləri tərəfindən icra olunur. Təlimlər çərçivəsində müəllimlər kompüter vasitəsilə "Cerebry" platformasına qoşulur və proses barədə məlumatlılıqları artırılır.
Qeyd edək ki, "Cerebry” platforması müasir texnologiyalar vasitəsilə şagirdlərin fərdi inkişafını izləməyə və qiymətləndirməyə imkan verir. Sistem müəllimlərə şagirdlərin zəif və güclü tərəflərini müəyyənləşdirməyə kömək edir, bununla da təlim prosesini daha effektiv və məqsədyönlü təşkil etməyə şərait yaradır.
Layihə çərçivəsində müəllimlər üçün xüsusi təlimlər təşkil edilib və məktəblərdə platformanın tətbiqi ilə bağlı texniki və metodiki dəstək təmin olunub.
Xankəndidə iftar süfrəsi açılıb
Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub
11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO