×
A
A
A
Sazlamalar

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

Praqa, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Praqa Qəsrində Azərbaycan Respublikasının Çex Respublikasındakı səfiri Yaşar Əliyev etimadnaməsini Prezident Petr Pavelə təqdim edib.
AZƏRTAC xəbər verir ki, mərasim zamanı Çex Respublikası Prezident Qvardiyasının Orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Etimadnamənin təqdimatından sonra Çexiya Prezidenti Petr Pavel ilə Azərbaycan səfiri Yaşar Əliyev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan-Çexiya əlaqələrinin hazırkı durumu və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması ilə əlaqədar məmnunluq ifadə olunub.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Siyasət 2025-02-17 20:52:00