Vyanada ATƏT Parlament Assambleyasının 24-cü qış sessiyası keçiriləcək
Bakı, 17 fevral, AZƏRTAC
Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev və Sevinc Fətəliyeva fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində deputatlar fevralın 19-da Sloveniyanın Maribor şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək, soyqırımı qurbanlarının xatirəsini anacaqlar.
Fevralın 20-21-də isə nümayəndə heyəti ATƏT PA-nın Avstriyanın Vyana şəhərində keçiriləcək 24-cü qış sessiyasının işinə qatılacaq.
Qış sessiyasında deputatlar üç ümumi komitənin birgə toplantısında, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin iclaslarında iştirak edəcəklər. Deputatlar tədbirlərdə qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər fevralın 22-də başa çatacaq.
“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir
Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb
Azərbaycan Prezidenti: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur
XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır