Sumqayıt və Abşeronda evlərdən oğurluq edənlər saxlanılıblar
Bakı, 17 fevral, AZƏRTAC
Sumqayıt şəhəri ərazisində yerləşən 3 evdən naqil, təmir alətləri və inşaat materiallarının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Ağasiyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 900 manat dəyərində 3 samovarı oğurlamaqda şübhəli bilinən 28 yaşlı M.Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib
Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO
Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb
Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib