×
A
A
A
Sazlamalar

BANM tələbəsi Yaponiyada təcrübə proqramını başa vurub

Bakı, 17 fevral, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Mədinə Ziyadxanova Yaponiyanın Okinava Elm və Texnologiya İnstitutunun (OIST) tədqiqat-təcrübə proqramını uğurla başa vurub.
Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, M.Ziyadxanova professor Marko Eduardo Rostinin rəhbərliyi altında Mürəkkəb axın və mayelər departamentində tədqiqat aparıb.

Elm və təhsil 2025-02-17 10:54:00