×
A
A
A
Sazlamalar

Bakı Mühəndislik Universitetində yaz semestri başlayıb

Xırdalan, 17 fevral, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin yaz semestri başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU-nun Akademik təqviminə əsasən bakalavriat və magistratura səviyyələrində dərslərin mayın 31-dək davam etdirilməsi planlaşdırılır. Yaz semestrinin imtahan sessiyası isə iyunun 2-dən iyulun 5-dək keçiriləcək.
İkinci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, habelə kafedraların elan lövhələrinə yerləşdirilib.

Elm və təhsil 2025-02-17 10:53:00