Şəhid hərbi pilot Əbu Bəkr İsmayılovun xatirəsi yad edilib
Bakı, 16 fevral, AZƏRTAC
İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyət nümayəndələri və bir qrup məktəblinin iştirak etdiyi tədbirdə pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Döyüş yoldaşları şəhidin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb
Azərbaycan Ordusunun hərbi qulluqçuları qar uçqununa düşüblər, axtarış tədbirlərinə başlanılıb