×
A
A
A
Sazlamalar

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Xaçmaz, 16 fevral, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Mercedes" markalı minik avtomobili Xudat- Qusar yolunun Kəndxudat kəndi ərazisindən keçən hissəsində yoldan çıxaraq qoz ağaclarına çırpılıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Xudat şəhər sakini olan gənc oğlan dünyasını dəyişib. Qəzada ağır yaralanan xanım sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2025-02-16 21:06:00