Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib
Bakı, 16 fevral, AZƏRTAC
Nizami Kino Mərkəzində “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı xüsusi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində BAFTA və “Oscar” mükafatlı Böyük Britaniya filmləri nümayiş olunub.
Həmçinin britaniyalı tanınmış animasiya prodüseri Aaron Wood “Animasiya istehsalı”, “Layihənin inkişaf etdirilməsi” və “Pitçinq” mövzularında mühazirələr oxuyub.
Festival “Peri Film” MMC və Azərbaycan Animasiya Assosiasiyası tərəfindən təşkil olunub, “British Council” tərəfindən dəstəklənib. Festivalın media tərəfdaşı isə məşhur animasiya jurnalı “Skwigly”dir.
UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub
İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib
Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib
Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb