×
A
A
A
Sazlamalar

Gənc musiqiçi Olli 75-ci “Sanremo” festivalının qalibi olub

Roma, 16 fevral, AZƏRTAC
İtaliyada keçirilən sayca 75-ci “Sanremo” musiqi festivalının qalibi 23 yaşlı gənc musiqiçi Olli olub.
AZƏRTAC xəbər verir ki, mahnı müsabiqəsində 29 iştirakçı yarışıb, 5 finalçı üçün səsvermə keçirilib.
Fevralın 11-15-i tarixlərində “Birlikdə” devizi ilə “Ariston” tarixi teatrının səhnəsində baş tutan festival İtaliyanın “Rai” telekanalı vasitəsilə canlı yayımlanıb.
Musiqi festivalının finalı ümumilikdə 13 milyon 427 min tamaşaçı auditoriyası tərəfindən izlənilib.
Qeyd edək ki, “Sanremo” İtaliyanın məşhur mahnı müsabiqəsi və mükafatlandırma mərasimidir. “Sanremo” milli səviyyədə dünyanın ən uzunmüddətli illik televiziya musiqi yarışmasıdır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2025-02-16 14:39:00