×
A
A
A
Sazlamalar

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Forum təşkil olunub

Lənkəran, 16 fevral, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lənkəranda yerləşən abidəsi ziyarət olunub.
Forumda ölkəmizdə gənclər siyasətinin əsas prinsipləri, gənclərin inkişafı üçün qəbul edilən qərarlar və Ümummilli Lider Heydər Əliyevin irsinin yeni nəslə aşılanması məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, komitə sədrinin müavini, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı Mühəndislik Universitetinin professoru Şikar Qasımov və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov gənclərin elmi, mədəni və idman sahələrində inkişafına yönəlmiş dövlət siyasətinin əhəmiyyətindən danışıblar. Onlar, həmçinin Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin formalaşdırılmasında oynadığı mühüm rolu vurğulayaraq, bu siyasətin ölkə gənclərinin inkişafına verdiyi töhfələrə toxunublar.
Forumda iştirak edən gənclər Ümummilli Liderin irsi, onun ölkədə gənclər siyasətinin təməl prinsiplərini müəyyənləşdirməsi, eləcə də onların inkişafı üçün qəbul edilən qərarlar və qanunlar barədə məlumatlandırılıb.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Regionlar 2025-02-16 12:04:00