Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub
Bakı, 16 fevral, AZƏRTAC
Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycanın idman gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.
Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Qeyd edək ki, Dünya Kuboku martın 6-dan 9-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir
Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib
Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib
Azərbaycanın veteran futbolçusu vəfat edib
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub