Metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb
Bakı, 16 fevral, AZƏRTAC
Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, “Çermet” körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.
On üç qanun “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğunlaşdırılır
Novruz mərasimlərində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib