Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək
Bakı, 16 fevral, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIII turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana "Turan Tovuz" və "Araz-Naxçıvan" komandaları çıxacaqlar. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 16:00-da başlayacaq.
Naxçıvan təmsilçisi hazırda turnir cədvəlində 44 xalla ikinci, Tovuz klubu isə 36 xalla dördüncü pillədə qərarlaşıb.
Günün ikinci matçında isə "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. "Neftçi Arena"da təşkil olunacaq Azərbaycan derbisi saat 19:00-da start götürəcək.
"Köhlən atlar" 53 xalla turnir cədvəlinə başçılıq edir, "ağ-qaralar" isə 24 xalla altıncı sırada yer alıb.
Qeyd edək ki, turun ötən gün keçirilmiş açılış oyununda "Zirə" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir
Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib
Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib
Azərbaycanın veteran futbolçusu vəfat edib
Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub