Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib
İstanbul, 15 fevral, Günel Karatepe, AZƏRTAC
Son həftələrdə Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın daha bir adası- Niyozda da fövqəladə vəziyyət elan olunub.
AZƏRTAC xəbər verir ki, Yunanıstan tərəfindən verilən açıqlamada adada bu rejimin martın 14-dək davam edəcəyi, təlim-tədris sisteminə isə fevralın 17-dək ara verildiyi bildirilir.
Qeyd edək ki, son iki həftə ərzində Yunanıstanın Yamurqi, Anafiya və Santorini adalarında da fövqəladə hal elan edilmişdi.
ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb
Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək
Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib
Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir