İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
Roma, 15 fevral, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, söhbət zamanı iki lider münaqişəyə son qoymaq, eləcə də ədalətli və davamlı sülhə nail olmaq məqsədilə baş verən son hadisələri müzakirə ediblər.
Ciorcia Meloni gələcək danışıqlar baxımından İtaliyanın Ukraynaya və xalqına dəstəyini bir daha yeniləyib.
Liderlər, həmçinin avropalı tərəfdaşlar və ABŞ ilə sıx koordinasiyanın saxlanılmasının vacibliyi barədə razılığa gəliblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Tramp: Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub
Kral Çarlzın Vatikana dövlət səfəri təxirə salınıb
Tbilisidə torpaq çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
Vaşinqtonda Hakan Fidanla Marko Rubio arasında görüş keçirilir