Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır
Budapeşt, 15 fevral, AZƏRTAC
Coğrafi mövqeyinə görə Macarıstanın regionun logistika mərkəzinə çevrilməsi yaxşı fikirdir.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto söyləyib. O, tezliklə Mişkoltsda (ölkənin şərqi) “Bosch” şirkəti tərəfindən ümumavropa logistika bazasının açılışının reallaşacağını elan edib.
54 milyard forint (1 avro = 405 forint) sərmayə çərçivəsində “Bosch” burada 10 hektar ərazisi olan anbar bazası yaradacaq: “Bu andan etibarən “Bosch” şirkətinin bu anbardakı məhsulları 26 ölkəyə göndəriləcək”, - deyə diplomat bildirib.
Siyarto həmçinin qeyd edib ki, Macarıstan Avropanın logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində daha bir addım atıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib
Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar
Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb
Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib