Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir
Kiyev, 15 fevral, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Ukraynada bir-iki ildən sonra təkrar münaqişəyə gətirib çıxaran deyil, güclü və davamlı sülhə nail olmaq istəyir.
AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə deyib.
“Biz müharibənin bitməsini, qırğının dayandırılmasını istəyirik. Lakin biz bir neçə ildən sonra Avropada təkrar münaqişəyə deyil, davamlı sülhə nail olmaq istəyirik”, - deyə ABŞ vitse-prezidenti bildirib.
Vens birlikdə davamlı sülhə necə nail olmaq barədə bir sıra əlverişli dialoqlar aparıldığını söyləyib. Diplomat bildirib ki, yaxın günlərdə, həftələrdə, aylarda belə dialoqlar daha çox olacaq.
Xatırladaq ki, Vens artıq Münxen Təhlükəsizlik Konfransında çıxış edib. O, Rusiya-Ukrayna müharibəsini cəmi bir cümlə ilə qeyd edib. Eyni zamanda, vitse-prezident Avropanı sərt tənqid edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Okean dibində güclü qasırğa izi aşkarlanıb
ABŞ Milli Arxivi Kennedinin qətli ilə bağlı sənədləri açıqlayıb
Britaniya hökuməti qənaət tədbirləri çərçivəsində dövlət kredit kartlarını dondurur
Zelenski: Rusiya Sumı, Xarkov və Zaporojye vilayətlərində yeni hücumlara hazırlaşır