Hakan Fidan və Marko Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər
Vaşinqton, 15 fevral, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, görüşdə ABŞ-Türkiyə münasibətləri, regiondakı ortaq maraqlar, ikitərəfli ticarət müzakirə edilib. Məlumata əsasən, Marko Rubio ABŞ, Türkiyə və region üçün təhlükə təşkil etməyən sabit və vahid Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə qlobal koalisiyadakı rolu, Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səylər və Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün addımlar müzakirə olunub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib
Vatikan uşaqlar üçün video oyun hazırlayıb
Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək
Çində kosmosda faydalı qazıntılar çıxarmaq üçün robot hazırlanıb