Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib
Bakı, 14 fevral, AZƏRTAC
Mil-Muğan hidroqovşağı 1972-ci ildə Azərbaycan və İran tərəfindən Araz çayı üzərində tikilib istifadəyə verilib. Hidroqovşaq vasitəsilə hər iki tərəfdə 250 min hektara yaxın ərazi suvarma suyu ilə təmin edilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, bu sahələrin suvarılmasını Mil-Muğan hidroqovşağının İstismarı İdarəsi həyata keçirir.
İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün Baş Mil kanalı vasitəsilə hidroqovşaqdan götürülən su Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları ilə ətraf rayonların əkin sahələrinə ötürülür. Hazırda Hidroqovşaqda işlər günün tələblərinə uyğun olaraq davam edir. İdarə tərəfindən ötən ildə 28 ədəd hidrotexniki qurğu, o cümlədən 17 ədəd hidroqovşaqda, 11 ədədi isə Yuxarı Mil Kanalında təmir edilib.
Bundan başqa, Yuxarı Mil və Baş Mil kanalında 2,5 km hissənin çökmüş və dağılmış hissəsi betonlanıb. Baş Mil kanalında yerləşən xidməti bina da əsaslı təmir olunub. İdarə ötən il olduğu kimi 2025-ci ildə də istismar tədbirlər planına uyğun olaraq kanallarda lildən təmizləmə və təmir işlərini davam etdirir. İdarənin mexanizmləri vasitəsilə Yuxarı Mil kanalından 158 min 500 kubmetr lil təmizlənərək çıxarılıb. Görülən işlər nəticəsindən kanallarda suyun maneəsiz axını təmin olunur, su itkisinin qarşısı alınır.
Qeyd edək ki, Mil-Muğan hidroqovşağı üzərində suvarma suyunu ərazilərə tam çatdırmaq üçün 6 ədəd seqmentvari qapı mövcuddur.
Bundan başqa, hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur.
Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib
® 1-ci Milli Maliyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib
Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib
Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib
Martın 19-20-də paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb