×
A
A
A
Sazlamalar

Şərqşünas-alim Daşkənddə keçirilən beynəlxalq konfransda məruzə edib

Bakı, 14 fevral, AZƏRTAC

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin böyük elmi işçisi Ülkər Səmədova Özbəkistanın paytaxtı Daşkənddə keçirilən II Beynəlxalq Türk Dünyasının Gənc Alimlərinin konfransında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan nümayəndələrin iştirak etdiyi konfransda şərqşünas-alim “Cümhuriyyət dövrü Türkiyə ədəbiyyatının Azərbaycanda araşdırılması” mövzusunda məruzə edib. Ü.Səmədova Cümhuriyyət dövrü Türkiyə ədəbiyyatı ilə bağlı Azərbaycanda, xüsusilə AMEA-nın Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində aparılan araşdırmalar, Türkiyə türkcəsindən Azərbaycan dilinə edilən tərcümələr haqqında geniş məlumat verib.

Elm və təhsil 2025-02-14 19:29:00