Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib
Bakı, 14 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarından sonra qanun, qarmon və kamança ixtisaslarının da tədris proqramını yeniləyib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bu yenilənmə şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyır və müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılıb, onların öyrənilməsinə üstünlük verilib.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar, qanun, qarmon, kamança və violin siniflərində tətbiq olunacaq bu metodika gənc istedadların potensialının inkişafına və peşəkar musiqi təhsili ilə təmin edilməsinə yönəlib.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Tarixçi alim: Nəriman Nərimanovun nakam arzuları - “Bitməmiş məktub”un sirrində öz əksini tapıb
“Bir sual, bir cavab”: Novruz xatirələri - Firəngiz Mütəllimova VİDEO
“Bir sual, bir cavab”: Novruz xatirələri - Hikmət Babaoğlu VİDEO
"Şəhid övladlarının incəsənət akademiyası” layihəsinə yekun vurulub
Azərbaycan xalqının mifologiyasında yaradılış mifi torpaqla tamamlanır