Naxçıvanda ötən il təsərrüfat subyektlərinə 410 milyon 27 min manat kredit verilib
Naxçıvan, 14 fevral, AZƏRTAC
Ötən il muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 410 milyon 27 min 900 manat kredit verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 8,5 faiz çoxdur.
Verilmiş kreditlərin 36 milyon 59 min 800 manatı və yaxud 8,8 faizi qısamüddətli, 373 milyon 968 min 100 manatı və yaxud 91,2 faizi uzunmüddətli kreditlər olub.
Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb
Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb
Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib
Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb