Gənclər Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar sərgi hazırlanıb
Bakı, 14 fevral, AZƏRTAC
Respublika Gənclər Kitabxanasında 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Sözü oxucuya qovuşduran sənət bayramı” adlı virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə mütaliənin şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində olan əvəzsiz rolundan bəhs edilib.
Materialda kitabxanada təşkil edilən kitab təqdimatları, ekskursiyalar, aksiya və görüşlərdən fotogörüntülər, yeniyetmə və gənclər arasında kitaba marağın artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə “Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Ümumi kitab tarixi”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi”, “Kitab işinin tarixi”, “Kitabşünaslıq: nəşriyyat işinin əsasları və təşkili”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı, dövri mətbuat nümunələri də sərgilənib.
Material kitabxananın rəsmi saytında (https://ryl.az/multimedia/sozu-oxucuya-qovusduran-senet-bayrami) yerləşdirilib.
Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb
Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək
Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib
Polşada Novruz bayramı qeyd olunub
Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO