“Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” adlı elmi-praktiki seminar keçiriləcək
Bakı, 14 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə fevralın 19-da “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
MEMİM-dən AZƏRTAC-a bildirilib ki, elmi seminarda mövzu ətrafında mütəxəssislərin çıxışı və musiqi proqramı nəzərdə tutulub.
Beynəlxalq Muğam Mərkəzində təşkili nəzərdə tutulan tədbirin əsas məqsədi Qərbi Azərbaycanda folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, mətbəximiz və bu kimi milli dəyərləri özündə əks etdirən mövzuların işıqlandırılması və gənc nəslə ötürülməsidir.
Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb
Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək
Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib
Polşada Novruz bayramı qeyd olunub
Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO