Gənclər Kitabxanasında İntiqam Mehdizadənin 80 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
Bakı, 14 fevral, AZƏRTAC
Respublika Gənclər Kitabxanasında yazıçı-jurnalist İntiqam Mehdizadənin 80 illiyi münasibətilə həyat və yaradıcılığına həsr edilmiş virtual kitab sərgisi və vəsait hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, rəsmi saytda yerləşdirilən https://ryl.az/funds/daycest linkində İntiqam Mehdizadənin özünəməxsus yaradıcılıq keyfiyyətləri təsvir edilib, “El istəkli, Vətən istəkli İntiqam Mehdizadə” adlı məqalənin tam mətni verilib.
Həmçinin yazıçının müxtəlif qəzet və jurnallarda çap edilən “Vahidimiz Əzizimiz”, “Rənglər, yaxud yaddaşlardan silinməyən Səməd Mənsur hikmətləri”, “Xocalı gəzişmələri”, “Səs yadigarı”, “Fəlsəfə və biz - Bu gün dünəndən başlayır” kimi 30-a yaxın məqaləsinin biblioqrafik təsviri, qısa annotasiyası və elektron keçid yer alıb.
Virtual kitab sərgisində İntiqam Mehdizadənin yaradıcılıq nümunələri ilə yanaşı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Rafael Hüseynovun yazıçı haqqında söylədiyi dəyərli fikirlər, yazıçının öz səs yazıları da təqdim edilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə İntiqam Mehdizadənin “İşığa çıxmış düşüncələr”, “Maralı qoca dağlar”, “Ömür belə keçir” kimi kitabların qısa annotasiyası sərgilənib.
Material kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/intiqam-mehhdizade-80 yerləşdirilib.
“Bir sual, bir cavab”: Novruz xatirələri - Hikmət Babaoğlu VİDEO
"Şəhid övladlarının incəsənət akademiyası” layihəsinə yekun vurulub
Azərbaycan xalqının mifologiyasında yaradılış mifi torpaqla tamamlanır
Milli Kitabxanada tanınmış ictimai xadim Qənirə Paşayevanın 50 illiyi münasibətilə sərgi hazırlanıb
Milli Xalça Muzeyində rəssam Aydan Nəbizadənin “Qəlb” adlı fərdi sərgisi açılıb