Cənubi Koreyada hoteldə baş verən yanğında 6 nəfər ölüb
Pekin, 14 fevral, AZƏRTAC
Cənubi Koreyanın Pusan şəhərində inşası davam edən hoteldə baş verən yanğın nəticəsində azı 6 fəhlə ölüb, 7 nəfər xəsarət alıb.
AZƏRTAC Pusan şəhərinin Yanğınla mübarizə departamentinin məlumatına istinadla xəbər verir ki, yanğın yerli vaxtla səhər saat 10:50-də hotelin birinci mərtəbəsində inşaat materiallarının toplandığı yerdə başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər 100-dən çox fəhləni təxliyə edib. Binanın damında olan 14 fəhlə helikopterlər vasitəsi ilə xilas edilib. Amma onlardan 6 nəfəri tüstüdən zəhərlənərək ölüb.
Yanğın söndürülüb, hazırda axtarışlar aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Daşkənddə Mərkəzi Asiya-Avropa İttifaqı beyin mərkəzləri forumu keçiriləcək
Doqquz aydan çox kosmosda qalan NASA astronavtları Yerə doğru yola düşüblər
Maka Boçorişvili: Sülh və təhlükəsizlik Cənubi Qafqaz üçün həyati əhəmiyyət kəsb edir
FAO quş qripi virusunun sürətlə yayılması ilə bağlı xəbərdarlıq edib
Azərbaycan 2024-cü ildə terror hadisəsi qeydə alınmayan ölkələr sırasındadır